media-17825277081198154005_1200x630

Futbol üzrə dünya çempionatının H qrupunun III turunda Kabo-Verde ilə Səudiyyə Ərəbistanı üz-üzə gəlib. Hyustonda baş tutan qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb – 0:0.

ERAmedia xəbər verir ki, bu nəticə sayəsində Kabo-Verde ardıcıl üçüncü oyununda da məğlub olmayaraq 3 xalla qrupu ikinci pillədə tamamlayıb və tarixində ilk dəfə dünya çempionatının pley-off mərhələsinə yüksəlib.

Kabo-Verde növbəti mərhələdə son dünya çempionu Argentina ilə qarşılaşacaq. Səudiyyə Ərəbistanı isə 2 xalla H qrupunu sonuncu sırada başa vuraraq mundialla vidalaşıb.


media-adspc

Bənzər xəbərlər