media-zel
media-bant_master

Mütəxəssislər Kamçatka yaxınlığında 6,3 maqnitudalı ikinci zəlzələ qeydə alıblar.

ERAmedia Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofiziki Xidmətinin Kamçatka filialı məlumat yayıb.

Zəlzələ Petropavlovsk-Kamçatskidən 158 km məsafədə baş verib. Episentri 38,2 km dərinlikdə yerləşib.

İlkin məlumatlara görə, regionun paytaxtında təkanın intensivliyi 4 bal qiymətləndirilib.

Bir saat əvvəl 6,2 maqnitudalı zəlzələ baş vermişdi. Sunami təhlükəsi elan olunmayıb.


media-adspc

Bənzər xəbərlər