media-kamran

Binəqədi və Nizami rayonlarının prokurorlarının yerləri dəyişdirilib. 

ERAmedia xəbər verir ki, bu barədə “Qafqazinfo”nun sorğusuna cavab olaraq Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Binəqədi rayon prokuroru Fuad Məmmədov tutduğu vəzifədən azad olunub. O, Nizami rayon prokuroru vəzifəsinə təyin edilib. Həmçinin Nizami rayon prokuroru Pərviz İbayev tutduğu vəzifədən azad olunaraq Binəqədi rayon prokuroru vəzifəsinə təyin edilib.

Şirvan şəhər prokuroru Kamal Talıbov isə ikinci səlahiyyət müddətinə həmin rayon prokuroru vəzifəsinə təyin edilib.


media-adspc

Bənzər xəbərlər