Kartof Pizzası
- DADLI TAM İLƏ
Tərkibi:
Kartof – 3-4
Yumurta – 1
Duz və üyüdülmüş qara istiot – zövqə görə
Un – 1-2 xörək qaşığı yağı
Ketçup
Mayonez
Kolbasa
Pomidor
Pendir
Hazırlanması:
Kartofları iri sürtgəcdən keçirin.
Yumurta, duz, istiot və unu əlavə edib yaxşıca qarışdırın.
Qızartma qabına bir az bitki yağı tökün. Kartofları qoyun və pizza xəmirini hər iki tərəfdən qızardın.
Əsası ketçup və mayonezlə örtün.
Kub şəklində doğranmış kolbasa, pomidor dilimləri əlavə edin və sürtgəcdən keçirilmiş pendir səpin.
Qapaqla örtün. 5 dəqiqə və pizza hazırdır!
Tamilla Manaf









