Katex çayda batan şəxsin meyiti tapılıb
Son günlər ölkənin şimal-qərb bölgəsində müşahidə olunan intensiv yağıntılar dağ çaylarında suyun səviyyəsini artırıb.
ERAmedia xəbər verir ki, Balakən rayonu ərazisindən axan Katex çayının sahilində bədbəxt hadisə baş verib. Belə ki, kənd sakini, 43 yaşlı Aslan Rzayev sel sularının gətirdiyi odun parçalarını toplamaq istəyərkən ehtiyatsızlıqdan çaya yıxılıb. Güclü axın onu aparıb.
Hadisədən dərhal sonra əraziyə kənd sakinləri, həmçinin xilasedicilər cəlb olunub. Həyata keçirilən axtarış tədbirləri nəticəsində Aslan Rzayevin meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.









