Kaya Kallas Azərbaycana gəlir
Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi və Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas mayın 5-də Azərbaycana səfər edəcək.
ERAmedia xəbər verir ki, bu barədə Avropa Xarici Fəaliyyət Xidməti (EEAS) məlumat yayıb.
Avropa diplomatiyasının rəhbəri səfər çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla, o cümlədən bir sıra yüksəksəviyyəli ikitərəfli görüşlər keçirəcək.









