media-8888
media-bant_master

media-media-13-5azrnj

Firuz NOVRUZOV,

Jurnalist-publisist

 

Ermənistandan yayımlanan “Noyan Tapan” platformasında növbəti qonaq (11.12. 2025) tanınmış ictimai-siyasi xadim, publisist və politoloq, olkənin ilk siyasi məhbuslarından biri Arkadi Vardanyan olub.  

“Noyan Tapan” İnformasiya və Analitik Mərkəzinin baş redaktoru, layihə spikeri Qayane Arakelyanın “Bu gün demək olarmı ki, Ermənistan ictimaiyyəti getdiyi yolun istiqamətini müəyyənləşdirib?”- sualına cavabında politoloq deyir: “Bunun üçün seçim etməliyik ki, hansı yol aydınlığa, hansı yol bataqlığa aparır. Hələlik düşdüyümüz bataqlıqda necə var, eləcə də qalmışıq, hər halda, gördüklərim bunu deyir. Yeganə müsbət hal Erməni Apostol Kilsəsinin təmizlənməsi istiqamətində edilən cəhdlərdir”.

Xanım spiker “O cəhdlərin arxasında hansısa sifarişin durduğunu hesab edirsinizmi?”- soruşur, müsahib cavabında “Yox. II Qaregin dediyiniz Ktriç Nersisyanın kimliyi, demək olar ki, uzun müddətdən bəri heç kim üçün sirr deyil. Hamı onun ailəli, 2 qız atası olduğunu, hətta nigahdankənar əlaqələrindən uşaqlarının mövcudluğunu bilir. Üstəlik, hamı onun bizneslə məşğul olduğunu, xristianlığın əsasları olan səmavi kitablara Ktriçin boş sözlər kimi yanaşdığını bilir. O, sadəcə ateist deyil, yaramaz ateistdir”.

Spikerin “Dedikləriniz kifayət qədər ağır ittihamlardır” replikasına keçmiş siyasi məhbusun cavabı daha maraqlıdır: “Mən o yoldaşı yaxından tanıyıram. Ona da bələdəm ki, onu tutduğu kresloya hansı yollar gətirib. Müqəddəs Erməni Apostol Kilsəsi pak olmalıdır, lakin o yoldaş- Ktriç Nersisyan müqəddəs məkanı haralara qədər endirdiyi də faktdır. Hər şeyi, gec də olsa, öz adı ilə çağırmalıyıq”.

Arkadi Vardanyan fikrini davam etdirir: “O, katolik postu üçün 20 milyon ABŞ dolları verdiyini bilirəm və böyük təəssüflə qeyd edim ki, həmin məbləğ ölkənin Baş naziri, milli qəhrəman Vazgen Sarkisyana çatıb. O həmin vaxtlar idi ki, Vazgen Sarkisyan ölkədə ən nüfuzlu, hətta ölkə prezidenti, katolikosun kimliyini təyin edəcək şəxs kimi qəbul olunurdu və həqiqətən də bu, deyilən kimi idi. Onun da xatırlatmağı lazım bilirəm ki, katolikos seçkiləri 1999-cu il oktyabrın 27-si günü baş tutdu, ölkə parlamentində terror olan, Vazgenlə bərabər, 8 nəfərin güllələndiyi gün”.

Politoloq hadisədən bir-iki ay əvvəl dosu general Lebedin bununla bağlı onu açıq mətnlə xəbərdar etdiyini, “Vazgenə de, ehtiyatlı olsun, sinəsində ilan gəzdirir”-dediyini xatırladır. Terror hadisəsinin Ktriç Nersisyan və Robert Koçaryanın dəstəyi olmadan baş tutmasının mümkünsüzlüyünü bildirən siyasətçi əmindir ki, Ktriç Nersisyan Erməni Apostol Kilsəsində olduğu müddətdə həmin dəhşətli terrorla bağlı sirlərin açılmasına inanmır.

 

 


media-adspc

Bənzər xəbərlər