media-whatsapp-image-2026-08-06-at-11-13-13

1987-ci ildə keçirilən Azərbaycan toylarından birinə aid arxiv fotoları sosial şəbəkələrdə maraqla qarşılanıb.

ERAmedia xəbər verir ki, paylaşılan görüntülərdə həmin dövrün toy ənənələri, milli adət-ənənələr və kənd mühitinə xas mərasim elementləri əks olunub. Fotolarda gəlinin evə daxil olması zamanı ayağı altında qurban kəsilməsi, eləcə də mərasim iştirakçılarının milli musiqilər sədaları altında rəqs etməsi diqqət çəkir.

Kadrlarda həmçinin toy məclisinin sadə, lakin səmimi atmosferi, o dövrə məxsus geyim üslubu, avtomobillər və kənd həyatının müxtəlif detalları da öz əksini tapıb. Paylaşımlar istifadəçilər arasında nostalji hisslər oyadaraq, Azərbaycanın zəngin toy mədəniyyəti və illər ərzində yaşadılan ailə dəyərləri ilə bağlı müzakirələrə səbəb olub.

Qeyd edək ki, Azərbaycan toy mərasimləri müxtəlif bölgələrdə fərqli adət və ənənələrlə zəngin olsa da, milli musiqi, xalq rəqsləri və ailə birliyini ön plana çıxaran mərasimlər uzun illərdir bu mədəniyyətin ayrılmaz hissəsi hesab edilir.

media-whatsapp-image-2026-08-06-at-11-13-04

 

Mələk Onur


media-adspc

Bənzər xəbərlər