Kəlbəcərdə keçirilən II Bal Festivalında 40-a yaxın stend qurulub - Məcnun Məmmədov
Bal festivalının keçirilməsində məqsəd Kəlbəcər balının ümumilikdə ölkəmizdə hazırlanan balların tanıdılmasıdır.
ERAmedia-nın məlumatına görə bu fikri kənd təsərrüfatı naziri Məcnun Məmmədov deyib.
O qeyd edib ki, Kəlbəcər ölkəmizdə ən çox arı ailəsi olan rayondur. Keçən ilə nisbətən builki festivalda arıçıların və stendlərin sayı artırılıb.
“Kəlbəcərdə keçirilən II Bal festivalında bu il 40-a yaxın stend var. Həmçinin builki festivalda ziyarətçi sayının ötən ilə nisbətdə 2-3 dəfə artacağı da gözlənilir”, – deyə kənd təsərrüfatı naziri deyib.










