Kəlbəcərdə partlayış olub - 4 nəfər xəsarət alıb
Kəlbəcər şəhərinin 1-ci yaşayış məhəlləsində mənzillərdən birində qaz təchizatının yoxlanışı zamanı partlayış olub.
ERAmedia – ya Kəlbəcər Bərpa,Tikinti və İdarəetmə Xidmətindən verilən məlumata görə, hadisə zamanı heç bir dağıntı və ya yanğın baş verməyib.
Yoxlanışı həyata keçirən 3 məsul şəxs və mənzil sahibi yüngül xəsarət alıb. Yaralılara dərhal tibbi yardım göstərilib, həyatları üçün hər hansı təhlükə yoxdur.
Hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində müvafiq qurumlar tərəfindən araşdırma aparılır.