Kəlbəcərdə səyyar tibbi xidmət göstərilib
Kəlbəcər sakinlərinin tibbi xidmətlərə əlçatanlığının təmin edilməsi məqsədilə səyyar tibbi xidmət təşkil olunub.
ERAmedia xəbər verir ki, səyyar tibbi xidmətdə Bərdə Rayon Mərkəzi Xəstəxanasının həkim heyəti iştirak edib. Səyyar xidmət çərçivəsində sakinlər terapevt, cərrah, pediatr, mama-ginekoloq, kardioloq, otorinolarinqoloq, nevropatoloq, stomatoloq, nefroloq və endokrinoloqun müayinəsindən keçiblər. Həmçinin USM müayinələri aparılıb, zəruri laborator müayinələr həyata keçirilib və sakinlərə müvafiq tibbi tövsiyələr verilib.









