media-videoedited
media-17583595614219962710_1200x630
media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam edir.

ERAmedia xəbər verir ki, sentyabrın 20-də respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Tərtərdən Kəlbəcərə yola salınıb. Yenidən qurulan Kəlbəcər şəhərinə bu mərhələdə 29 ailə – 115 nəfər köçürülür.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.


media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

Bənzər xəbərlər