media-ads-728x90
media-1744804041_66d57d42ec75366d57d42ec754172526726666d57d42ec75066d57d42ec751_1725267921
media-ads-728x90

Dünən Prezident İlham Əliyevin Kəlbəcərə səfəri zamanı açarları təhvil verdiyi 20 ailə Kəlbəcər şəhərinin 1-ci yaşayış kompleksində məskunlaşıb.

Bunu Kəlbəcər rayonunda Bərpa,Tikinti və İdarəetmə Xidmətinin mətbuat xidməti şöbəsinin müdiri Nuranə Babayeva ERAmedia-ya açıqlamasında deyib.

O qeyd edib ki, birinci yaşayış kompleksi 201 mənzildən ibarət olacaq:

“Burada 2, 3, 4 otaqlı mənziillərin inşası nəzərdə tutulub. Təməli qoyulan 3 və 4-cü yaşayış komplekslərində çoxmənzilli binalar olacaq. Kəlbəcərdə inşa olunan 4-cü yaşayış kompleksinin şəhərdəki ən böyük yaşayış məhəllələrindən biri olması nəzərdə tutulur”.


media-ads-728x90

Bənzər xəbərlər