media-17684887455545554078_1200x630

Kəlbəcərin füsunkar təbiəti qışın gəlişi ilə tamamilə fərqli bir gözəlliyə qovuşub. Uca dağlar və sıldırım qayalar ağ örpəyə bürünərək gözoxşayan mənzərələr yaradıb. Qar altındakı meşələr və dərələr bölgəyə xüsusi bir sakitlik və əsrarəngizlik bəxş edir. Bu bəyaz mənzərə Kəlbəcərin qədimliyini və vüqarını bir daha gözlər önünə sərir.

ERAmedia  xəbər verir ki, dağların ətəyində ucalan müasir üslublu yeni yaşayış binaları bu qədim diyarda həyatın tam fərqli bir keyfiyyətlə yenidən başladığını göstərir. Dağların ağ örpəyə büründüyü qarlı mənzərələr Kəlbəcərin həm də əvəzsiz qış turizmi mərkəzinə çevriləcəyindən xəbər verir.

Çətin relyefə baxmayaraq, salınan yeni yollar və qurulan infrastruktur dövlətimizin bu bölgəyə verdiyi böyük önəmin bariz nümunəsidir.


media-adspc

Bənzər xəbərlər