Kəmalə Şahmirova direktor təyin olunub
147 nömrəli Texniki və humanitar fənlər liseyinin direktoru vəzifəsinə Şahmirova Kəmalə Bayram qızı təyin edilib.
ERAmedia-nın bu barədə sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Qeyd olunub ki, təhsil müəssisəsində tədris prosesi normal qaydada davam edir.
Qeyd edək ki, sosial şəbəkələrdə liseylə bağlı narazılıq olduğu iddia edilirdi. Belə ki, Bakı şəhəri 147 saylı liseydə kütləvi narazılıq səbəbilə müəllimlərin dərsə girmədikləri iddia olunurdu. Buna səbəb isə Sumqayıtda yerləşən 32 saylı məktəbinin direktorunun gözlənilmədən ikinci dərs zamanı 147 saylı liseydə direktor kimi elan olunması idi.










