media-videoedited
media-555466886_1599679014660280_3775525906309361563_n
media-shehidler_olmez_baner_full
Sentyabrın 26-da Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının sədri Ramid Namazov ilə Keniya Senatının üzvləri arasında videokonfrans formatında tanışlıq görüşü keçirilib.
ERAmedia xəbər verir ki, Ramid Namazov iştirakçıları salamlayaraq, Azərbaycan Respublikası Milli Məclisinin fəaliyyəti barədə ətraflı məlumat verib, qanunverici orqanlarımız arasında əməkdaşlıq imkanları, qarşılıqlı münasibətlərin inkişaf istiqamətləri barədə fikirlərini bölüşüb, Keniya ilə əlaqələrin əhəmiyyətini qeyd edib.
O, iki ölkənin dövlət başçılarının təmaslarının münasibətlərin inkişafındakı mühüm rolundan danışıb. Görüş əsnasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın Keniyaya səfəri xatırladılıb və Fondun orada humanitar sahədə gördüyü işlər barədə məlumat verilib.
Ramid Namazov son illər iki ölkə arasındakı münasibətlərin inkişafında yüksək səviyyəli səfərlərin rolunu vurğulayaraq, bu cür səfərlərin vacibliyini diqqətə çatdırıb.

media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

Bənzər xəbərlər