media-yag
media-bant_master

Uzun müddətdir kərə yağlarının hansılarının saxta olub-olmamasının müzakirələri gedir. İstehlakçılar ayrı-ayrı ekspertlərin bu barədə müzakirələrini dinləyir, lakin yenə də şübhələr qalmaqda davam edir.

ERAmedia xəbər verir ki, İTV-nin “Sabaha saxlamayaq” verilişində kulinar-texnoloq Mübariz Vəliyev ölkədədə satılan kərə yağları və süd məhsulları barədə maraqlı məlumatlar açıqlayıb.

Mütəxəssis qeyd edib ki, marketlərdə satılan kərə yağlarının tərkibi ilə onun üzərində yazılanlar uyğun gəlmir:

“35 manata 7-10 kiloluq qaymaq satılır. 10 manata yağ satılır. Guya ki, kərə yağıdır. Nə qədər palma yağı alıb, südü 80 dərəcədə qaynadıb, həmin yağı qutularla tökürlər onun içərisinə, qaymaq alınır. Açıq satışda da var. Mən bir neçə dəfə zəng vurmuşam ki, sizin yağı alım, birlikdə gedək laboratiryaya, imtina ediblər.

Qanunvericiliyə görə, mən həmin şirkətin loqosunu göstərə bilmirəm ki, bu yağı aldım, saxtadır”.

Vural


media-adspc

Bənzər xəbərlər