media-ads-728x90
media-541770249_18397051162140149_4065942224349593625_n
media-ads-728x90

Şimali Koreya lideri Kim Çen In xüsusi zirehli qatarı ilə Çinə səfər edib.

ERAmedia xəbər verir ki, bu barədə məlumatı “Yonhap” agentliyi yayıb.

Bildirilib ki, qatar sentyabrın 1-də Pxenyanı tərk edib, sentyabrın 2-nə keçən gecə isə Çinlə sərhədi keçib.

Qatarın Pekinin dəmir yolu stansiyasına çatdığı qeyd olunub.

Qeyd edək ki, Kim Çen In Pekində İkinci Dünya müharibəsinin başa çatmasının 80-ci ildönümü ilə bağlı tədbirdə iştirak edəcək. Bu, Şimali Koreya liderinin belə bir çoxtərəfli diplomatik tədbirdə ilk iştirakıdır.


media-ads-728x90

Bənzər xəbərlər