"KinoBox”-ın film sektoruna təqdimat mərasimi keçirilib
Konqres Mərkəzində “KinoBox” onlayn yayım platformasının film sektoruna rəsmi təqdimat mərasimi keçirilib.
ERAmedia xəbər verir ki, “KinoBox” — Azərbaycanın və region ölkələrinin film istehsalçılarını, rejissorlarını və tamaşaçılarını birləşdirən yeni nəsil rəqəmsal yayım platformasıdır.
“KinoBox” beynəlxalq filmlərin onlayn nümayişini, müstəqil kino üçün rəqəmsal paylama imkanını və mədəni müxtəlifliyin təşviqini hədəfləyir.
“KinoBox”un əsas hədəflərindən biri də yerli film ekosistemini rəqəmsal paylama sistemi, hüquqların qorunması və istifadəçi yönümlülük əsasında inkişaf etdirməkdir. Həmçinin platforma yeni gəlir modellərini və birbaşa yayımları həyata keçirməyi planlaşdırır.









