Kiş və Güneyçartar kəndlərinə qaz xətti çəkilir
İşğaldan azad olunmuş ərazilərdə əhalinin doğma yurdlarına qayıdışının təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində zəruri infrastrukturun, o cümlədən təbii qaz şəbəkəsinin qurulması və genişləndirilməsi davam etdirilir.
ERAmedia xəbər verir ki, görülən işlər çərçivəsində Kiş və Güneyçartar kəndlərində qaz xətlərinin çəkilişi üzrə işlər davam etdirilir. Kiş kəndində ümumilikdə 16 min 756 metr müxtəlif diametrli polietilen borular vasitəsilə qaz xəttinin çəkilməsi nəzərdə tutulur.









