media-68fd9d405aa7d68fd9d405aa7e176145132868fd9d405aa7b68fd9d405aa7c
media-bant_master

Kiyevdə gecə saatlarında Rusiya dronlarının hücumundan sonra üç nəfər həlak olub və 29 nəfər xəsarət alıb.

ERAmedia xəbər verir ki, bunu Ukraynanın FHN məlumat verib. 29 yaralı arasında yeddi uşaq da var. Ən böyük dağıntılar Desnyanski rayonunda qeydə alınıb: dron doqquzmərtəbəli yaşayış binasına dəyib və böyük yanğına səbəb olub.

Xilasedicilər yuxarı mərtəbələrdən 13 sakini təxliyə ediblər.

Həmin rayonda pilotsuz aparatın qalıqları 16 mərtəbəli binaya da ziyan vurub — birinci mərtəbədən doqquzuncu mərtəbəyədək pəncərələr sınıb. Obolon rayonunda isə dron yaşayış binasına düşüb, lakin yanğın baş verməyib.


media-adspc

Bənzər xəbərlər