Kiyevə hücum zamanı Azərbaycan səfirliyinə ziyan dəyib – xəsarət alan olmayıb
Rusiyanın gecə saatlarında Ukraynaya atdığı raketlərdən biri Azərbaycanın Kiyevdəki səfirliyinin yaxınlığına düşüb.
ERAmedia xəbər verir ki, bu barədə Ukrayna Telegram kanallarında məlumat yayılıb.
Azərbaycan səfirliyinin 100 metr aralığına düşən raket yanğına və güclü partlayışa səbəb olub.
Qeyd edək ki, Rusiya ordusunun ötən ay Kiyevə kütləvi hava hücumu zamanı kamikadze dronlardan biri Azərbaycanın Ukraynadakı səfirliyinin yaxınlığına düşüb. Nəticədə Azərbaycanın Ukraynadakı səfirliyinin yanında partlayış baş verib.