"KOB FEST" sərgi-satış yarmarkası - Göygöldə
Göygöl rayonundakı Xan Yaylağında keçirilən Milli Yaylaq Festivalı çərçivəsində KOBIA-nın təşkilatçılığı ilə “KOB FEST” sərgi-satış yarmarkasının açılışı olub.
ERAmedia-nın məlumata görə, tədbirdə KOBİA-nın əməkdaşları, sahibkarlar, festivalın qonaqları iştirak edirlər.
Qeyd olunub ki, sərgi-satış yarmarkasında 100-dən çox sahibkara 800 çeşiddə məhsul və əl işlərini təqdim etmək imkanı yaradılıb. İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə təşkil olunan yarmarkanın məqsədi mikro və kiçik sahibkarlıq subyektlərinin istehsal etdiyi məhsul və xidmətlərin geniş istehlakçı auditoriyasına təqdim edilməsi və satışına dəstək olmaq, eləcə də yerli məhsulların tanıdılmasıdır. Yerli istehsalçı ilə istehlakçı arasında birbaşa əlaqə yaradan yarmarka KOB-ların məhsullarının daha çox satılması və tanıdılması ilə yanaşı, KOB-lar və təchizatçılar arasında işgüzar əlaqələrin qurulmasını, həssas əhali qrupuna aid sahibkarlıq subyektlərinin satış imkanlarının genişləndirilməsini də hədəfləyir. Tədbir ədəbi-bədii hissə ilə davam edir.










