Köçəryan Rusiyaya qaçarkən aeroportda belə SAXLANILDI
Sosial şəbəkələrdə Ermənistanın ikinci prezidenti Robert Köçəryanın İrəvandakı Zvartnots Beynəlxalq Hava Limanında çəkilmiş görüntüləri yayılıb.
ERAmedia xəbər verir ki, görüntülərdə sabiq prezidentin pasport nəzarətindən keçməyə çalışdığı anlar əks olunub.
Məlumata görə, Robert Köçəryan ölkəni tərk edərək Rusiyaya yollanmaq istəsə də, sərhəd nəzarəti əməkdaşları onun ölkədən çıxışına icazə verməyiblər.
Rəsmi qurumlar hadisənin səbəbi barədə hələ açıqlama verməyib.
Qeyd edək ki, hadisə Ermənistanın daxili siyasi gündəmində ciddi müzakirələrə səbəb olub.









