media-7cf39d95-acff-45cd-866d-cec137f5b2d6
media-bant_master

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Gəncliyə Yardım Fondunun sədri Əhməd Tecimin 55 illik yubileyini təbrik edib.

ERAmedia xəbər verir ki, təbrik məktubunda deyilir:

“Hörmətli Əhməd müəllim,

Sizi 55 illik əlamətdar yubileyiniz münasibətilə ürəkdən təbrik edir, ən xoş diləklərimi yetirirəm.

Siz Gəncliyə Yardım Fondunun rəhbəri olaraq uzunmüddətli, səmərəli ictimai xidmətlər göstərmisiniz. Fondunuzun həyata keçirdiyi xeyriyyə, sosial və təhsil yönümlü fəaliyyətlər təqdirəlayiqdir.

Gəncliyə Yardım Fondu ölkəmizdə müharibədən zərər çəkmiş, məcburi köçkün və aztəminatlı ailələrə yardım əlini uzadan, gənclərin təhsil və mənəvi inkişafını dəstəkləyən nüfuzlu ictimai təşkilata çevrilib.

Sizin xeyriyyəçilik xarakteriniz və humanist baxışınız sayəsində yüzlərlə ailəyə, gəncə və ictimaiyyətə ümid və dəstək çatdırılıb – bu, bütövlükdə cəmiyyətimiz üçün bir dəyərdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, ictimai fəaliyyətinizdə, şəxsi həyatınızda davamlı uğurlar arzulayıram”.


media-adspc

Bənzər xəbərlər