media-whatsapp-image-2026-10-08-at-12-50-46

Türkiyəli müğənni Merve Özbey Afyonkarahisarda verdiyi konsert zamanı başına bədbəxt hadisə gəlib.

ERAmedia xəbər verir ki, məşhur müğənni konsertinə fasilə verdiyi vaxt səhnədən enərkən pilləkənlərdən yıxılaraq ayağından xəsarət alıb.

Hadisədən sonra Merve Özbeyə ilk tibbi yardım Afyonkarahisarda göstərilib. Daha sonra İstanbula qayıdan sənətçi öz həkiminə müraciət edib.

Qəza ilə bağlı səhhəti barədə açıqlama verən Merve Özbey ilk xəbərlərdə qolundan yaralandığının bildirildiyini, lakin problemin ayağında olduğunu qeyd edib. Müğənni mümkün qədər qısa müddətdə yenidən səhnəyə qayıtmaq istədiyini də bildirib.

Müalicəsi davam edən Merve Özbey xəstəxanadan yeni foto paylaşaraq görüntünün üzərinə “Gün 3” qeydini yazıb. Məlumata görə, sənətçi qarşıdakı bir neçə günü istirahət edərək keçirəcək.

media-whatsapp-image-2026-10-08-at-12-50-56

Mələk Onur


media-adspc

Bənzər xəbərlər