media-videoedited
media-xmzcijzca0qt9s3er09hilfto0vmtanttyu8ebcp_825
media-shehidler_olmez_baner_full

UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda “Qarabağ”la üz-üzə gələcək Danimarkanın “Kopenhagen” klubunun Bakıya səfər planı bəlli olub.

Bu barədə Azərbaycan çempionunun Kommunikasiya departamentinin rəhbəri Anar Hacıyev məlumat verib.

Onun sözlərinə görə, rəqib komanda bu günün ikinci yarısında paytaxtda olacaq:

“Kopenhagen” matçdan bir gün sonra, səhər saatlarında Danimarkaya qayıdacaq. Qonaqları 120-150 azarkeşin dəstəkləyəcəyi gözlənilir”.

Qeyd edək ki, “Qarabağ” – “Kopenhagen” oyunu oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:45-də start götürəcək.


media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

Bənzər xəbərlər