media-media-395_e11-768x403-3pb2uf

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) gələn ay OPEC-dən çıxmaq qərarı regionda ciddi siyasi müzakirələrə səbəb olub.

ERAmedia xəbər verir ki, araşdırmaçı jurnalist Kənan Rövşənoğlu bu addımı ilk növbədə siyasi qərar kimi qiymətləndirir.

Onun sözlərinə görə, hələlik açıq tənqidlər səsləndirilməsə də, qərar daha çox ABŞ-ın maraqlarına uyğun hesab olunur. Belə ki, ABŞ prezidenti Donald Trampın enerji siyasəti bazara daha çox neft çıxarmaq və qiymətləri aşağı salmaq üzərində qurulub. OPEC isə indiyədək hasilatı müəyyən səviyyədə saxlayaraq qiymətlərin kəskin enməsinin qarşısını almağa çalışırdı.

Kənan Rövşənoğlu bildirir ki, bu addım eyni zamanda ərəb ölkələri arasında parçalanmanı dərinləşdirir və ən çox Səudiyyə Ərəbistanının maraqlarına zərbə kimi qiymətləndirilir. Çünki təşkilatda əsas söz sahibi məhz Krallıq idi.

Ekspert qeyd edir ki, BƏƏ ilə Səudiyyə Ərəbistanı arasında Yəmən, Sudan və Somaliland məsələlərində mövcud fikir ayrılıqları artıq yeni mərhələyə keçib. Bu qərar həmin gərginliyin daha açıq müstəviyə çıxmasının göstəricisi sayılır.

Araşdırmaçı jurnalistin diqqət çəkdiyi digər məqam isə Səudiyyə Ərəbistanı xarici işlər nazirinin son açıqlamasıdır. Nazir ABŞ hərbi qüvvələrinin ölkəni qoruya bilmədiyini vurğulayaraq dolayısı ilə Vaşinqtona ehtiyacın azaldığını ifadə edib.

Kənan Rövşənoğlunun fikrincə, BƏƏ-nin OPEC-dən çıxması Körfəz regionunda faktiki bölünməyə səbəb olub. O hesab edir ki, Səudiyyə Ərəbistanının Pakistan və Türkiyə ilə hərbi əməkdaşlığı genişləndirməsi də Əmirliklərdə narahatlıq doğuran amillərdəndir.

Ekspert yekunda vurğulayır ki, regionda yeni geosiyasi konfiqurasiya formalaşır. Onun qənaətinə görə, BƏƏ açıq şəkildə ABŞ və İsrailə yaxın mövqe tutaraq konfrantasiya xəttini seçir və bu proses yaxın dövrdə cəbhələşməni daha da dərinləşdirə bilər.

Vural


media-adspc

Bənzər xəbərlər