Kosmik gəmi Pluton üzərindəki buz dağlarının fotosunu çəkib - MARAQLI
NASA-nın New Horizons kosmik gəmisi bu görüntünü çəkmək üçün 9 il ərzində təxminən 5 milyard km yol qət edib.
Fotoda gördüyünüz Plutonun üzərində yer alan buz dağlarıdır.
ERAmedia xarici mediaya istinadən xəbər verir ki, 2015-ci il 14 iyulda New Horizons Plutonun yanından keçərək insanlığın bu uzaq cırtdan planetə ilk yaxın baxışını təmin edib. Geri göndərdiyi görüntülər isə bütün təsəvvürləri dəyişib.
Fotoda görünən dağlar Hillary Montes adlanır. Onlar 3.5 km-ə qədər yüksəlir və Sputnik Planitia adlı nəhəng buz düzənliyinin kənarında yerləşir. Ən heyrətamiz tərəfi isə budur ki, bu dağlar su buzundan ibarətdir.
Plutonda temperatur o qədər aşağıdır ki, su buzu orada daş kimi sərtdir.
Uzun illər Pluton “soyuq, cansız və maraqsız bir dünya” hesab olunurdu. Amma New Horizons göstərdi ki, orada:
• dağlar var
• nəhəng düzənliklər var
• geoloji aktivliyin izləri var
• hətta buzun altında okean ehtimalı belə mövcud görünür
Bəşər tarixinin ən qeyri-adi dövründə yaşayırıq — piano ölçüsündə kosmik gəmi Günəş sisteminin kənarına göndərir və oradan məlumatlar ala bilirik…










