Koxalski “Qarabağ”ı qışda tərk edə bilər
Almaniya nəhəngi “Borussiya” (Dortmund) Ağdam klubunun qapıçısını heyətinə qatmaq üçün danışıqlara hazırlaşır.
ERAmedia xəbər verir ki, “Borussiya”nın baş məşqçisi Niko Kovaç Koxalskinin “Napoli”yə qarşı göstərdiyi performansı bəyənib. Dortmund təmsilçisi qış transfer pəncərəsində Koxalski ilə rəsmi müqavilə bağlamaq istəyir.
“Qarabağ” isə öz növbəsində polşalı qolkiperi 7 milyon avrodan aşağı satmağı düşünmür. Ağdam təmsilçisi Çempionlar Liqasında pley-off-a çıxacağı təqdirdə bu transfer yayadək təxirə salınacaq. “Qarabağ”ın Çempionlar Liqasında 32-liyə düşsə Koxalski yaya qədər klubda qalacaq.
“Qarabağ”ın çərçivə qoruyucusunun Dortmund “Borussiya”sında əsas qapıçı, isveçrəli Qreqor Kobeli əvəzləyəcəyi gözlənilir. Transfer dəyəri 40 milyon olan Kobelin yayda klubdan göndəriləcəyi və onu Koxalskinin əvəz edəcəyi planlaşdırılır.










