media-sahzade-endru
media-bant_master

Böyük Britaniya kralı III Çarlzın qardaşı Endryu Mauntbetten-Vindzor amerikalı maliyyəçi Cefri Epşteynlə əlaqələri ilə bağlı qalmaqal fonunda şahzadə titulundan rəsmən məhrum edilib.

ERAmedia xəbər verir ki, bununla bağlı bildiriş hökumətin “The Gazette” rəsmi nəşrində dərc edilib.

Noyabrın 3-də kral elan etmişdi ki, Endryu Mauntbetten-Vindzorun artıq “Əlahəzrət kral” və “şahzadə” formal müraciəti və titulunu daşımaq və istifadə etmək hüququ yoxdur.

2019-cu ildə şahzadə Endryu Epşteyn işi ilə bağlı qalmaqal səbəbi ilə kral ailəsi üzvü kimi öz vəzifələrini yerinə yetirməkdən imtina etməyə məcbur olmuşdu. Bu, amerikalı Virciniya Cufrenin 17 yaşında olarkən cinsi əlaqəyə məcbur edildiyi bir neçə kişi arasında Endryunun da olduğunu iddia edərək, ona qarşı ittiham irəli sürməsindən sonra baş verib.

İllər boyu şahzadə bu ittihamları rədd edib. Lakin Cufrenin ABŞ-də ona qarşı iddia qaldırmasından sonra, o, mübahisəni məhkəmədənkənar həll etməyə razı olub və qadına 12 milyon funt sterlinq (təxminən 15 milyon dollar) kompensasiya ödəyib.


media-adspc

Bənzər xəbərlər