media-patriarx
media-bant_master

 

media-3

Firuz NOVRUZOV,
Jurnalist-publisist

 

   Rus Pravoslav Kilsəsi Erməni Apostol Kilsəsinin müdafiəsinə qalxıb.

Bu günlərdə Ermənistan mətbuatının yaydığı informasiya yerli, habelə xarici ölklələrdə xüsusilə maraqla qarşılandı. Kilsə adından yayılan məlumatda deyilirdi: “Ermənistan hakimiyyəti Erməni Apostol Kilsəsinə (EAK) hücum və təhdidlərlə səlahiyyətlərini aşır”.

   Qəzəbli cümlədən sonra  erməni kilsəsinin “hüquqi cəhətdən dövlətdən ayrı” olması vurğulanır, “erməni xalqının kilsəyə “böyük hörmətlə yanaşdığı və Baş nazir Nikol Paşinyana onu öz istəyi ilə islah etmək səlahiyyəti vermədiyi” Rus Pravoslav Kilsəsinə xas“təmkinlə” izah edilirdi.

Xatırlatmaq yerinə dürşər ki, Azərbaycana qarşı dəfələrlə qərəzli materiallar yaydığına görə ölkəmizdə bloklanmış “RİA Novosti” agentliyi bu bəyanatı Moskva və Bütün Rusiyanın Müqəddəs Patriarxı Kirilin müşaviri, protokeş Nikolay Balaşova istinadən bildiridi.

Bəyanat 1939-cu ildə Adolf Hitlerin “Çexoslovakiyanın qeyri-sabitlik ocağına çevrildiyini və Almaniyanın müdafiəsini təmin etməli olduğu” iddiasını xatırlatsa da, ədalət naminə qeyd edək ki, Patriarx Kiril növbəti dəfə xristian səbri nümayi etdirir, Hitlerin 14 mart 1939-cu ildə  Çexoslovakiya prezidenti Emil Qaxanı Berlinə çağırıb ona Almaniyanın protektoratlığını təklif etdiyi kimi, Paşinyanı Moskvaya gətirtmir, amma “Erməni kilsəsinə müdaxilənin” həzmedilməz olduğunu dəfələrlə vurğulayır: “Elə təəssürat yaranır ki, Ermənistan hökumətinin hazırkı lideri milli mənəvi təməllərlə qeyri-bərabər mübarizə aparmaq qərarına gəlib və bu məqsədlə kilsə iyerarxlarına və ümumiyyətlə ruhanilərə qarşı təqiblərə və təhqirlərə əl atır, ruhaniləri həbs edir və kilsə binalarını müsadirə etməklə hədələyir”.

Hədələrdən sonra bəyanat nisbətən “maarifçi” tonda davam edir, olanların “xarici qüvvələrin təsiri altında baş verdiyi, bu cür fikirlərin açıq şəkildə kilsələrinə böyük hörmətlə yanaşan və Paşinyana öz istəyi ilə islahat aparmaq səlahiyyəti verməyən erməni xalqının hisslərini əks etdirmədiyi” bildirilir.

   Bir sözlə, bəyanatda “dövlət-kilsə münasibəti fonunda” legitim Ermənistan hökumətinə “apardığı siyasətə görə” real təhdidlər ara vermir və diqqətli olmayan oxucu belə, həmin təhdidlərdə Rus Provaslav Kilsəsinin Paşinyan və onun komandasına qərəzli münasibətini görür.

    Bəyanatda rus cəmiyyəti üçün xarakterik olan kriminal üslubda Ermənistanda kimin söz sahibi olması vurğulanır və birmənalı olaraq revanşist notlarla köklənmiş Koçaryan-Sarkisyan cütlüyünün yanında duran erməni kilsəsinin “tək olmadığı” vurğulanır. Bizim “O olmasın, bu olsun” filmində Məşədi İbadın adamlarının dediyi “Ey, kimsən? Aç qapını, gələk səni öldürək!” sözlərini xatırladan hədələr isə dəfələrlə səsləndirilir.

Bəyanatda “baş verənlərin cavabsız qalmayacağı” fikrinin bir neçə dəfə qaba şəkildə, həyasızlıqla vurğulanması onun hazırlanmasında Patriarxın barmaq izlərini göstərir.

Bu fani dünyaya Qundyayev Vladimir Mixayloviç kimi gələn, axirət dünyasına Rus Pravoslav Kilsəsinin Patriarxı Kiril kimi köçməyi planlaşdıran, 1973-cü ildə məzun olmalı olduğu Leninqrad İlahiyyat Akademiyasını buraxıb 1971-ci ildə arximandrit rütbəsinə yüksələrək Moskva Patriarxlığının Ümumdünya Kilsələr Şurasındakı nümayəndəsi kimi xidmət etmək üçün Cenevrəyə göndərilən “müqəddəs atanın” heç kimə sirr olmayan  keçdiyi ömür yolu belə deyir. Cenevrədə “Mixaylov”, İngiltərə və İsveçrəyə (Akademik), Fransaya (Peresvet), Qərbi Almaniyaya (Moskviç) və Polşa Xalq Respublikasına (Zazyulya) kimi fəaliyyət  göstərən KQB agentinin “nələrə qadir olduğunu” G. Uruşadzenin müəllifliyi ilə 1995-ci ildə Sankt-Peterburq şəhərində nəşr olunan “Düşmənlərlə yazışmalardan seçilmiş parçalar” kitabının 210-220-ci səhifələrində bilmək mümkündür.

    Əlbəttə, patriarx Kiril və erməni kilsəsinin oynadığı rəqsin kimlərin və nəyin naminə sifariş verildiyini, üfüqdə görünən Ermənistan-Azərbaycan sülh sazişinin hansı qüvvələrdə qıcıq yaratdığını çoxları bilir.

 


media-adspc

Bənzər xəbərlər