media-media-pasinyan-putin-esqu0g
media-2
 

“Güclü Ermənistan” blokunun 7 iyun parlament seçkilərinin nəticələrini etibarsız saymaq barədə Mərkəzi Seçki Komissiyasından (MSK) tələbi ona görə gözlənilməz sayıla bilməz ki, bu tələbin anonsunu seçkidən bir gün sonra Kremlin adından danışanların demək olar ki, hamısı səsləndirirdi.

ERAmedia xəbər verir ki, bu fikirləri qonşu ölkədə postseçki dövrü barədə danışan Regional təhlükəsizlik məsələləri üzrə ekspert Firuz Novruzov bildirib: “Müxalifət partiyaları “Çiçəklənən Ermənistan”, “Birlik Qanadları”, eləcə də “Ermənistan” bloku seçki komissiyasından 555 seçki məntəqəsindəki səslərin yenidən sayılması, “Güclü Ermənistan”nın isə bir seçki məntəqəsindəki nəticələrin ləğv tələbi vahid bunkerdən idarə olunur”.

Ekspert, o tələbin “ermənistan revanşistlərinin” “rusiyalı revanşistlərlə” sinxronlaşdırılmasında gördüyünü bildirir: “Bu,seçkilərdən sonra Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ənənəvi mətbuat konfranslarında “təsadüfi verilməyən” “Prezident Putin qələbə münasibətilə Baş nazir Paşinyanı  təbrik edəcəkmi?”-sualına cavabından məlum idi: “Prezident bütün həmkarlarına seçkilərin yekun nəticələri elan edildikdən sonra təbrik məktubu ünvanlayır”.

Kreml, seçkilərdə səslərin 37,2%-ni toplayan erməni müxalifətinin deyil, Rusiyanın və onun Cənubi Qafqaz siyasətinin uduzduğu fikrindədir və etiraf edək ki, bu, onun etiraf etdiyi azsaylı həqiqətlərdəndir.

“Rusiyanın ermənipərəst yox, Azərbaycan Respublikasının 6 il əvvəlki qələbəsini hələ də sinirə bilməyən dairələrinin tezisləri əsasında danışan bütün siyasətçilər və siyasətşünasları hadisələri vətəndaş müharibəsinə qədər inkişaf etdirmək fikrini gizlətməyə lüzum görmür”– deyən Firuz Novruzov “Güclü Ermənistan”nın parlament siyahısında 1-ci yerdə dayanan Narek Karapetyanın sözlərini xatırladır:

“Vətəndaş Müqaviləsi, mandatların beşdə üçünə belə sahib olmayan və Əliyevin əmri ilə Konstitusiyanı dəyişdirə bilməyən bir qüvvədir. Biz daha da irəli gedib seçki nəticələrinin yenidən nəzərdən keçirilməsini tələb edəcəyik”.

Ural Dəyirmançı


media-adspc

Bənzər xəbərlər