media-peskov-768x403

Ukrayna üzrə danışıqlarda iştirak edən bütün tərəflər İstanbulun danışıqlar üçün uyğun məkan olmasına müsbət yanaşır.

ERAmedia xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.

O əlavə edib ki, danışıqların növbəti raundunun davamı və konkret vaxtı hələ müəyyənləşməyib. “Dəqiq məlumat əldə olunanda sizi məlumatlandıracağıq”, – deyə Kremlin nümayəndəsi bildirib. “Ümumilikdə danışıqlar prosesinin davam etdiriləcəyi barədə anlayış var”, – Peskov əlavə edib.

Eyni zamanda, Peskov Yaxın Şərqdəki böhran səbəbindən “Əbu-Dabi variantının” nəzərdən keçirilmədiyini qeyd edib.

“Əlbəttə, bütün tərəflər ərəb ölkələrinin üçtərəfli danışıqlar üçün yaratdığı atmosferi yüksək qiymətləndirir və BƏƏ rəhbərliyinə danışıqlar prosesinin təşkili üçün minnətdarlıq duyurlar”, – deyə Kremlin nümayəndəsi bildirib.

Peskov həmçinin Moskvanın Yaxın Şərqdə sülhün bərpasına öz töhfəsini verməyə hazır olduğunu bir daha qeyd edib.

“Rusiya prezidenti Vladimir Putin dəfələrlə bildirib ki, Rusiya həmişə regionda sülh və sabitliyin bərpasına mümkün töhfəsini verməyə hazırdır”, – deyə Peskov İran, İsrail və ABŞ arasındakı münaqişənin diplomatik həlli şansı ilə bağlı sualı cavablandırarkən bildirib.

O əlavə edib ki, Rusiya İran tərəfi və ölkə rəhbərliyi ilə daimi əlaqədədir.

Eyni zamanda Peskov 10 mart tarixində Rusiya prezidenti Vladimir Putin ilə İran prezidenti Məsud Pezeşkian arasında baş tutan telefon danışığı zamanı İranın ABŞ-a qoyduğu tələblərin müzakirə olunmadığını qeyd edib.

Peskov həmçinin mətbuatda İranda ABŞ-a üç tələb irəli sürüldüyü barədə yayılan xəbərlərə münasibət də bildirib. “Bu günlərdə bu məlumatın nə qədər etibarlı olduğunu demək çətindir, bu həqiqət ola bilər, ya da informasiya mənbəyinin verdiyi yanlış məlumat. Burada şübhə payı həmişə olmalıdır”, – Peskov vurğulayıb.

Vural


media-adspc

Bənzər xəbərlər