media-moscow_kremlin_from_kamenny_bridge

Siyasi şərhçilər Rusiyanın regiondakı aktivliyini paralel istiqamətlər üzrə genişlənən təzyiq və təsir siyasəti kimi qiymətləndirirlər.

Elxan Şahinoğlu ERAmedia-ya açıqlamasında bildirib ki, Rusiya yalnız Ukrayna müharibəsi ilə məşğul olmaqla kifayətlənmir, eyni zamanda Cənubi Qafqaz və Mərkəzi Asiyada da mövqelərini möhkəmləndirməyə çalışır.

Onun sözlərinə görə, Kreml Ermənistan daxilində siyasi balansı dəyişmək üçün müxtəlif iqtisadi və enerji alətlərindən istifadə edir, o cümlədən kənd təsərrüfatı məhsullarına məhdudiyyətlər və qaz qiymətləri ilə bağlı təzyiq siqnalları gündəmdə saxlanılır.

Şahinoğlu qeyd edib ki, Ermənistanda keçirilən ictimai sorğular hazırkı baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi siyasi qüvvənin üstünlüyünü göstərsə də, Moskvanın seçki prosesinə dolayı təsir cəhdləri davam edir.

Siyasi şərhçi əlavə edib ki, Rusiya eyni zamanda Taliban ilə də əməkdaşlığı genişləndirir. Son aylarda hərbi-texniki sahədə imzalanan razılaşmalar və mümkün silah tədarükü planları Moskvanın Əfqanıstan siyasətində yeni mərhələyə keçid kimi qiymətləndirilir. Bu sənədlərin yüksək səviyyəli təhlükəsizlik forumunda imzalanması prosesin siyasi əhəmiyyətini daha da artırıb.

Elxan Şahinoğlu vurğulayıb ki, Talibanın regionda artan təcridi və Pakistanla gərgin münasibətləri Kabili yeni tərəfdaşlar axtarmağa məcbur edir. Bu vəziyyət Pakistan ilə sərhəd gərginliklərini də artırır.

Onun fikrincə, Moskvanın əsas məqsədlərindən biri Qərbin Əfqanıstanda təsir imkanlarını məhdudlaşdırmaqdır. Eyni zamanda Çinin Əfqanıstandakı iqtisadi və resurs maraqlarının da Rusiyanı narahat etdiyi bildirilir. Bu mənada Mərkəzi Asiyada təsir uğrunda Rusiya–Çin rəqabəti getdikcə daha açıq xarakter alır.

Şahinoğlu əlavə edib ki, Moskva Kabili Əfqanıstanın dondurulmuş aktivlərinin açılması və ölkənin bərpasına maliyyə dəstəyi verilməsi çağırışları ilə də dəstəkləyir, lakin Qərbin bu təşəbbüslərə müsbət yanaşması hələlik real görünmür.

Vural


media-adspc

Bənzər xəbərlər