media-1080x720_cmsv2_ac1480b8-d0c0-5837-b615-b3b1f45ba10c-9709668

media-586558143_25741927448747956_210003658585365986_n

Şübhəsizdir ki, bu həftənin regional müstəvidə ən yaddaqalan hadisəsi Rusiya və Ermənistan liderlərinn görüşü oldu.

Aprel ayının 1-də baş tutan Rusiya-Ermənistan liderlərinin görüşünü ERAmedia-ya şərh edən Regional təhlükəsizlik məsələləri üzrə ekspert Firuz Novruzov bu qənaətdədir.

Ekspert Ermənistanlı politoloq Ruben Mehrabyanın hadisə ilə bağlı fikrini xatırlatdı: “Baş nazir Nikol Paşinyanın rəsmi səfəri böyük ehtimalla Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutub”.

Görüşün, iyunun 7-də Ermənistanda keçiriləcək parlament seçkiləri öncəsi Rusiya ilə “xırmanda yabalaşmamaq üçün şərtin şumda kəsilməsi” kimi başa düşülməli olduğunu deyən Firuz Novruzov Ermənistan tərəfinin keçmiş sevgilisi ilə “siçan-pişik oyunu” oynamaq fikrində olmadığı qənaətindədir.

Teledebat formatında qurulan danışıqlarda “ağlarla oynayan” “köhnə diktator” eyhamlarla, məsələn, Ermənistanın Avropaya inteqrasiya yolunun ağrılardn keçəcəyini yada salsa da, Paşinyan “O yolun iqtidarın deyil, tam demokratik Ermənistanda seçicilərin müəyyənləşdirəcəyini”, 2020-ci ilin payız hadisələri fonunda yaranmış situasiya ilə bağlı Rusiya tərəfinə “seçicilərin sualları” olduğunu xatırlatdı.

RF-sı Baş nazirinin müavini Overçukun Ermənistana kəşfiyyat xarakterli səfərində toplanan faktlar əsasında danışan Putinin bu ölkədə yeraltı çayların hara axdığı barədə bilgili olması aydın görünürdü. Buna görə idi ki, o, “Avropa yolu” seçiləcəyi təqdirdə ölkəsinin təbii resurslarının, məsələn, Rusiya qazının elə “Avropa qiymətinə” almağa hazır olmasını məsləhət gördü.

Endşpildə Putinin bu xəbərdarlığı belə, Paşinyanı son və həlledici gedişdən saxlaya bilmədi və o, ölkəsinin partnyor seçimində iqtisadi əməkdaşlıq siyasətinin qarşılıqlı faydalılıq prinsipinə üstünlük verdiyini bildirdi.

Əlihüseyn Salam

 


media-adspc

Bənzər xəbərlər