Ktriç Nersisyan məhkəmədə cavab verəcək
Ermənistan ictimaiyyətinin əksəriyyətinin sülhün təşviq olunması, ticarəti davam etdirilməsi, TRIPP çərçivəsində bu ticarətin inkişafına çağırışları dəstəkləyən Türkiyə Xarici İşlər Nazirinə və bütün regional tərəfdaşlara təşəkkür edirəm.
ERAmedia xəbər verir ki, bunu Ermənistan Milli Məclisinin sədri Alen Simonyan yanvarın 16-da parlamentdə jurnalistlərlə söhbətində Türkiyənin xarici işlər naziri Hakan Fidanın Türkiyənin Baş nazir Nikol Paşinyana dəstəyi ilə bağlı açıqlamalarına münasibət bildirərkən deyib.
Xatırladaq ki, bir gün əvvəl Hakan Fidan qonşu ölkədə gözlənilən seçkilərə münasibət bildirərkən qeyd etmişdi: “Məlum olduğu kimi, iyunun əvvəlində Ermənistanda seçkilər keçiriləcək. Bu, vacib bir addım olacaq və sorğulara əsasən, cənab Paşinyan liderdir. Onun bu məsələdə konstruktiv rolu dəstəklənir. Bu xəttin, bunun davam etdirilməsi vacibdir”.
Simonyan, həmçinin Ermənistanda keçirilən sorğuların nəticələrinin Türkiyə Xarici İşlər Nazirinin əlinə necə keçdiyi ilə bağlı suala cavabdan yayınsa da Paşinyana verilən dəstək barədə belə deyub: “Mənim bu barədə məlumatım yoxdur. Bu, onun fikridir və o, belə deyir. Fikrimcə, açıqlamada Fidanın açıqlamasında Ermənistanın daxili işlərinə qarışmağa hazırlıq barədə nəsə tapmaq mümkün deyil”.
Ural Dəyirmançı









