media-8635b5fd160379860589219620410248585
media-bant_master

“2025-ci il noyabrın 16-da Ermənistanda Armavir bölgəsinin Vağarşabad şəhər Ağsaqqallar Şurasına seçkilər 47 seçki məntəqəsini əhatə etsə də, bu hadisəni tərəddüdsüz olaraq 2026-cı il parlament seçkilərinin repetisiyası adlandırmaq mümkündür. Xatırladaq ki, Vağarşapadda baş tutmuş həmin seçkilərin nəticələri həm iqtidarda qalmaq, həm də iqtidara gəlməkdə israrlı olan siyasi qüvvələr üçün maraqlı idi. Eçmiədzində qərarlaşan Erməni Apostol Kilsəsi ilə faktik olaraq “müharibə vəziyyəti”ndə olan iqtidar partiyası ilə bərabər, buradakı seçkilər xüsusilə müxalif partiyalar üçün “nəbz yoxlaması” sayıla bilər. Onlar Baş nazir və partiyanın lideri Nikol Paşinyanla antaqonist ziddiyyətdə olan, “Ktriç Nersisyan mütləq getməlidir”- deyən iqtidarla qəti olaraq heç hara getmək xəyalında belə olmayan, “ona atılan əlcəyi” qəbul edən Kilsənin “doğma divarlar arasında” nə qədər söz yiyəsi olduğunu müəyyənləşdirmək üçün bundan yaxşı fürsəti ağıllarına gətirmirlər. Ona görə də noyabr ayının 16-da Vağarşabadı simvolik olaraq qladiatorların döyüş arenasına bənzətmək böyük mübaliğə hesab olunmamalıdır”.

media-3

Bu sözləri Ermənistanda mövcud ictimai-siyasi gündəmi ERAmedia-ya şərh edən Regional məsələlər üzrə ekspert Firuz Novruzov bildirib.

O qeyd edib ki: “Həmin “döyüşün” ilkin nəticələri isə belədir: lideri Nikol Paşinyan olan hakim Mülki Müqavilə (Kağakasiaqan Baymanaqir) partiyası 15.298, “aparıcı partiyalar arasında real müxalifət qüvvələrinin səylərini birləşdirmək üçün bu ilin sentyabrında təsis edilən”, lideri Ermənistan MM-in deputatı Andranik Tevanyan olan Ana Ermənistan (Mayr Hayasdan) partıyası təxminən 1.692, lideri nəinki Azərbaycanda, elə Ermənistanın özündə də ən çirkin cinayətlərdə çəkilən sabiq prezident Serj Sakisyan olan  Respublika (Hanrabedutyun) partıyası təxminən 1.247 və parlamentdə təmsil olunan,  rəhbəri Artur Vanetsyan  (dövlət təhlükəsizlik xidmətinin sabiq rəisi) olan “Vətən” (Hayreniq) partiyası təxminən 1.193 səs yığıb.

Səsvermənin statistikası belədir: seçkiyə seçicilərin 45,12%-i iştirak edib ki, bu da siyahıda yer alan 69.866 nəfərdən ibarət seçicidən 31.535 nəfər deməkdir.

Bugünkü Ermənistan iqtidarının barışmaz tənqidçisi, keçmiş ombudsman Arman Tatoyanın 2026-cı ildə keçiriləcək parlament seçkiləri üçün yaratdığı “Birlik Qanadları” (Miasnutyan tever) təşkilatı ilkin nəticələr məlum olduqdan dərhal sonra “hakim partiyanın qələbəsi ictimai əksəriyyətin dəstəyi ilə deyil, seçki riyaziyyatı ilə təmin edildi”- deyərək qələbəyə kölgə salmaq istəyini ortaya qoydu. Hərəkatın yaydığı açıqlama daha sonra bu cür davam edir: “Mülki Müqavilə Partiyası ümumi səslərin yalnız 21,8%-ni (qeydiyyatdan keçmiş 69.866 səsdən 15.298 səs) aldı. Bu, həddi keçməyən siyasi qüvvələrin səsləri çıxarılıqdan sonra Ağsaqqallar Şurasında 58% çoxluğu təşkil edir və iqtidar partiyasına 33 yerdən 19-nu qazanır.

“İravunk” nəşri isə “daha qanlı hadisələrin” baş vermə ehtimalını belə təqdim edir: “Bütün ermənilərin katolikosuna qarşı kampaniya isə Vağarşapad merinin andiçmə gününə planlaşdırılır”.


media-adspc

Bənzər xəbərlər