Kükü kəndinə dolu yağıb
Naxçıvan Muxtar Respublikasında qeyri-sabit hava şəraiti hökm sürür.
Muxtar respublikanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən ERAmedia xəbər verir ki, muxtar respublikanın bəzi dağlıq və dağətəyi zonalarında yağıntı müşahidə olunur.
Şahbuz rayonunun Kükü kəndinə isə dolu düşüb. Dolunun diametri 1 santimetr təşkil edib.









