Küküdə qarın hündürlüyü 54 santimetrə çatıb - VİDEO
Naxçıvan Muxtar Respublikasının dağlıq və dağətəyi zonalarında yağıntılı hava şəraiti hökm sürür.
ERAmedia bu barədə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir.
Hazırda Şərur rayonunun Axura, Şahbuz rayonunun Biçənək, Kükü kəndlərinə, Ordubad rayonunun Parağaçay qəsəbəsinə qar yağır.
Kükü kəndinə yeni yağan qarın hündürlüyü 12, ümumi qar örtüyünün qalınlığı isə 54 santimetr təşkil edir.










