media-17614069753168014438_1200x630
media-bant_master

Milli Hidrometeorologiya Xidməti oktyabrın 26-sı axşamdan 27-si səhərədək Bakıda və Abşeron yarımadasında, 26-sı gün ərzində isə bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.

ERAmedia-ya Xidmətdən bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Şərur, Neftçala, Hacıqabul, Qusar, Xızı, Xaçmaz, Siyəzən, Şabran, Şəki, Oğuz, Qazax, Tovuz, Ağstafa, Gəncə, Şəmkir, Samux, Naftalan, Goranboy, Daşkəsəndə fasilələrlə şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 metr/saniyə təşkil edəcək.


media-adspc

Bənzər xəbərlər