Kürdəmir və İmişlidə yeni avtovağzal xidməti təşkil ediləcək
Sentyabrın 4-dən “Azerbaijan Ground Services” MMC tərəfindən Kürdəmir və İmişli rayonlarında yeni avtovağzal xidməti təşkil ediləcək.
ERAmedia-ya Bakı Beynəlxalq Avtovağzal Kompleksinə istinadla xəbər verir ki, məqsəd bu rayonlardan paytaxta və ölkənin digər şəhər və rayonlarına sərnişin daşımaları sahəsində nizamlı və qanunauyğun fəaliyyətin təmin edilməsidir.
Səfəröncəsi bütün avtobuslar texniki, sürücülər isə tibbi müayinədən keçiriləcək. Xətlərə çıxan avtobuslara real vaxt rejimində nəzarət olunacaq.
Vətəndaşlar biletləri “biletim.az” portalı üzərindən onlayn qaydada və kassalardan əldə edə bilərlər. Yeni xidmətin təşkili sərnişin məmnunluğunun daha da artırılmasına xidmət edir.










