Kürdəmirdə 91 nəfərin zəhərlənmə şübhəsilə bağlı araşdırma aparılır
Sentyabrın 30-u saat 20:50 radələrində 91 nəfər zəhərlənmə şübhəsilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
ERAmedia xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Kürdəmir rayonunda baş verən zəhərlənmə hadisəsi ilə bağlı yaydığı məlumatda bildirilib.
Qeyd olunub ki, onların hər birinə zəruri tibbi xidmət göstərilib, vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.










