media-17813540852028136712_1200x630

Bu gün Laçın şəhər məktəbində də “Son zəng” eşidilib.

ERAmedia xəbər verir ki, respublikanın bütün ümumi təhsil məktəblərində olduğu kimi, Laçın şəhər 2 nömrəli tam orta məktəbdə də “Son zəng” qeyd edilib.

Tədbirdə elm və təhsil nazirinin müşaviri Nizami Yusifli, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov və idarənin əməkdaşları, Laçın rayonunda Bərpa Tikinti və İdarəetmə xidmətinin şöbə müdiri Fərid Əsədov, məktəbin kollektivi, valideynlər, həmçinin digər qonaqlar iştirak ediblər.

Öncə Dövlət Himni səsləndirilib və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Çıxış edənlər məktəbin kollektivini təbrik ediblər. Bildirilib ki, illər sonra Laçında daha bir tarixi günə şahid olmaq qürurverici hissdir. 30 ildən çox müddətdə işğal altında qalan yurd yerlərimiz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun sayəsində azad edilib və yenidənqurma işləri nəticəsində bu yerlərə həyat qayıdıb. İşğaldan azad olunan ərazilərdə təhsil ocaqları yenidən qurulub və fəaliyyətə başlayıb.

Çıxışlardan sonra məktəblilərin ifasında mahnılar səsləndirilib və rəqslər izlənilib.

Qeyd edək ki, Laçın şəhər 2 nömrəli tam orta məktəbdə hazırda 175 şagird təhsil alır, 2025/2026 tədris ili üzrə məktəbin 11 məzunu var.


media-adspc

Bənzər xəbərlər