Laçın-Şuşa yolunda yük maşını aşıb
Laçın-Şuşa dolamalarında yol-nəqliyyat hadisəsi baş verib.
ERAmedia xəbər verir ki, hadisə zamanı avtomobilin qoşqusu aşıb və içərisində olan yük yola dağılıb.
Əraziyə texnikalar cəlb edilərək aşan qoşqu yoldan götürülüb. Hadisə zamanı xəsarət alan olmayıb.










