media-videoedited
media-lachin
media-shehidler_olmez_baner_full

Gələn il Laçında 4 yeni yaşayış məntəqəsinin tikintisinə başlayacağıq.

Bunu Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonundakı xüsusi nümayəndəsi Məsim Məmmədov 30-cu Yubiley Xəzər İnşaat Həftəsi çərçivəsində açıqlamasında bildirib.

O qeyd edib ki, indiyədək Laçına 3650 sakin köçürülüb:

“Ümumiyyətlə, orada yaşayanları, çalışanları, xidmət edənləri götürsək, bu gün onların sayı 4500-5000 arasındadır. Yəni bu gün tam həyat qurulub, infrastruktur təşkil olunub və işlər davam etdikcə sakinlərin köçürülməsi də həyata keçiriləcək. Bu ilin sonunadək biz Laçına 30 ailənin köçünü təşkil edəcəyik. Hazırda bununla bağlı son tamamlama işləri gedir. Yəni köçəcək ailələr üçün evlərin tikintisinin başa çatdırılması işləri aparılır. Xüsusilə yolların təzələnməsi işləri görülür”.

M. Məmmədov vurğulayıb ki, Laçınla bağlı gələn il üzrə böyük planlar reallaşacaq:

“Gələn il Laçında 4 yeni yaşayış məntəqəsinin tikintisinə başlayacağıq. Eyni zamanda, 2027-2030-cu illər üzrə daha böyük məqsədlərimiz var. Hədəflərimiz böyük olduğundan çalışırıq ki, ardıcıl, məqsədyönlü və məntiqi addımlarla irəliləyək”.


media-teacher-appreciation-dayteachers-day-made-with-postermywall

Bənzər xəbərlər