Laçında Su çərşənbəsi TONQALI
Laçın şəhərinin Bulvar ərazisində Su çərşənbəsi münasibətilə tonqal qalanıb.
ERAmedia xəbər verir ki, bayram tədbirinə Laçın şəhər sakinləri ilə yanaşı, Bəylik və Sus kəndlərinin sakinləri də qatılıblar. Çay kənarında təşkil olunan mərasimdə Novruz mahnıları səsləndirilib, tonqal ətrafında yallı rəqsi oynanılıb. Xalqımızın qədim adət-ənənələrinin yaşadılması baxımından xüsusi əhəmiyyət daşıyan Su çərşənbəsinin bayram əhval-ruhiyyəsi ilə keçməsi sakinlərdə birlik və həmrəylik ab-havası yaradıb.










