media-6e9f7b31e70148d8adbea3429bd3e5a5

Kataloniyanın “Barcelona” klubunun və İspaniya millisinin vingeri Lamin Yamal İspaniya La Liqasının 33-cü turunda “Celta Vigo” ilə keçirilən oyunda (1:0) zədələnib.

ERAmedia xəbər verir ki, futbolçu penalti zərbəsini yerinə yetirərkən xəsarət alıb və daha sonra əvəzlənib.

“Mundo Deportivo” nəşrinin yaydığı məlumata görə, ilkin müayinələr oyunçunun budun arxa səth əzələsində yırtıq ehtimalını göstərir.

Əgər diaqnoz təsdiqlənərsə, Yamal mövsümün qalan hissəsini, eləcə də dünya çempionatının ilk oyunlarını buraxmalı olacaq.

Qeyd edək ki, cari mövsümdə ispan futbolçu “Barselona”nın heyətində bütün turnirlər daxil olmaqla 45 oyunda iştirak edib, 24 qol vurub və 16 məhsuldar ötürmə ilə yadda qalıb.

Əli Fərhad


media-adspc

Bənzər xəbərlər