Lənkəranda açıq sahədə yanğın olub
Lənkəranda açıq sahədə yanğın başlayıb.
ERAmedia xəbər verir ki, yanğın hadisəsi rayonun Separadi kəndi ərazisində baş verib.
Dərhal əraziyə FHN-in Lənkəran yanğından mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğının söndürülməsi və ətraf ərazilərə keçməməsi üçün müvafiq tədbirlər görülür.
Yanğının hansı səbəbdən baş verdiyi araşdırılır. (AZƏRTAC)










