Lənkəranda çəltik biçilir
Lənkəran rayonunda çəltik biçini davam edir. Bu il rayonda 765,1 hektar sahədə çəltik əkilib. Artıq 350 hektardan çox sahədə biçin aparılıb.
ERAmedia xəbər verir ki, fermerlər sahələrdə məhsuldarlığın yüksək olduğunu, çəltik məhsulunun keyfiyyətindən razı qaldıqlarını bildirirlər. Bəzi təsərrüfatlarda isə biçin artıq yekunlaşmaq üzrədir.
Yığım işlərinin hava şəraitindən asılı olaraq oktyabr ayınadək davam edəcəyi gözlənilir. Müasir texnikadan istifadə isə biçin prosesinin daha qısa müddətdə aparılmasına və məhsul itkisinin minimuma endirilməsinə imkan verir.










